Xəbər lenti

İsmayıl Atlıxanovun ölkədən çıxışına
Ekonomiks 18:20 07.04.2026

İsmayıl Atlıxanovun ölkədən çıxışına "stop" qoyuldu

"Aqua Sport" İdman-Sağlamlıq Mərkəzinin rəhbəri İsmayıl Atlıxanovun ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, İsmayıl Atılxanovun rəhbərlik etdiyi "Reformer" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 5065,84 manat borcu yaranıb.

Borc ödəmədiyi üçün 1973-cü il təvəllüdlü Atlıxanov İsmayıl Əşrəf oğlu barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə müraciət edilib. 

Məhkəmə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 

Aydın
--> -->