2026-cı ildə əmək pensiyalarında indeksləşdirmə ilə 9 faiz civarında artım gözlənilir.
Qaynarinfo xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün Bakıda 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, ötən il artımlar indeksləşdirmə ilə 8.1 faiz olub.
"Əmək pensiyalarında artım Qanunda nəzərdə tutulduğu kimi indeksləşdirmə ilə həyata keçirilir. Yaxın günlərdə bununla bağlı qərar verilməlidir. Bu il üçün əmək pensiyalarında indeksləşdirilmə ilə 9 faiz civarında artımı gözlənilir", deyə Zəka Mirzəyev bildirib.
Şərhlər