Bu il Azərbaycanda pomidorun qiyməti enməyəcək.
Bunu Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov son iki ayda pomidorun ucuzlaşmasından danışarkən deyib. Fermer bu il ölkədə pomidor əkininin 50 faiz azaldığını vurğulayıb:
"Fermerlər pomidor əkmədi. Əkənlərdə sahəni yarıya qədər azaldıb. Keçən il bütün fermerlər böyük ziyanla üz-üzə qaldı. Ötən illə müqayisədə 50 faiz az əkin aparılıb. Biz isə baxıb gördük fermerlər az sahədə əkin aparıb, ona görə sahələrimizi çoxaltmağa qərar verdik. Planda 5 hektar idi, artıq 9 hektar pomidor əkmişik".
Anar Abbasovun sözlərinə görə, fermerin əkdiyi məhsulu sata bilməməsi böyük problemlərə səbəb olur:
"Bizim məhsullar iyunun 20-dən sonra satışda olacaq. Vaxtında əksəydik, daha tez satışa çıxardı. Amma çatdıra bilmədik. Bu il açıq sahə pomidorlarımız Rusiyaya göndəriləcək. Bu bizi sevindirir".
Bahar Rüstəmli
Şərhlər