Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən və Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya Liseyinə yeni direktor təyin olunub.
Qaynarinfo-nun məlumatına görə, nazir Fərid Qayıbovun müvafiq əmri ilə sözügedən vəzifəyə Hikmət Babayev gətirilib.
Xəbəri liseydən təsdiqləyiblər.
Qeyd edək ki, Hikmət Babayev bu vəzifəsindən əvvəl gənclər və idman nazirinin müşaviri vəzifəsində çalışıb. O, mərhum Xalq artisti Arif Babayevin qardaşı oğludur.
Aydın
Şərhlər