Xəbər lenti

Ekonomiks 13:59 31.10.2023

Bu rayonda 3,7 milyona yeni məktəb tikiləcək

Zərdab rayonunun Dəliquşçu kəndində yeni tam orta məktəb tikiləcək. 

Valyuta.az xəbər verir ki, yeni məktəb 240 şagird üçün nəzərdə tutulub. 

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məktəbin tikintisi ilə bağlı elan etidyi tenderə yekun vurub. 

Tenderin qalibi "İnşaat Servis-X” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri  3 792 069,24 AZN-dir. 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->