Xəbər lenti

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı - Hibridlər diqqət çəkir
Ekonomiks17:12 19.10.2026

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı - Hibridlər diqqət çəkir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 57 275 ədəd avtomobil idxal olunub.

Qaynarinfo bu barədə Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir.

Hesabat dövründə idxal edilən avtomobillərin ümumi dəyəri 1 milyard 132.2 milyon ABŞ dolları təşkil edib.

Ölkəyə gətirilən maşınların 50 898-i minik avtomobili və digər mühərrikli nəqliyyat vasitələri olub.

Bundan başqa, respublikaya 5 383 ədəd yük avtomobili (50.97 milyon dollar), 467 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitəsi (53.82 milyon dollar) və 527 ədəd 10 və daha çox sərnişin daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitəsi (84.17 milyon dollar) idxal olunub.

Minik avtomobilləri arasında 11 621 ədəd xarici mənbədən elektrik enerjisi ilə doldurulan və daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitəsi, 5 174 ədəd isə digər hibrid avtomobil idxal edilib.

Həmçinin hesabat dövründə Azərbaycana 680 ədəd yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi gətirilib.