Azərbaycan Xalça Muzeyi Dənizkənarı Bulvar İdarəsi ilə satınalma müqaviləsi imzalayıb. 
	
		
	Qaynarinfo xəbər verir ki, müqavilədə abadlaşdırma işlərinin satın alınması nəzərdə tutulur. 
	
		
	Müqavilənin maliyyə dəyəri 124 754 manat təşkil edir. 
	
		
	Dənizkənarı Bulvar İdarəsi adından da göründüyü kimi Milli Parkın idarəçiliyini həyata keçirən qurumdur. Abadlıq işlərinin həyata keçirilməsi kimi işlərin Bulvar İdarəsinin profilinə aid olub-olmaması ilə bağlı sualı qurumun Mətbuat Xidməti tərəfindən belə cavablandırılıb:
	
		
	
 
	
		"Xalça Muzeyi Milli Parkın ərazisində yerləşdiyi üçün onun dörd bir tərəfini abadladırmaq, texniki xidmət göstərmək İdarənin bilavasitə işidir. Göstərilən məbləğ də illik xidmət üçün hesablanıb". - Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidməti bildirib. (Cavab əlavə olunub, 18:46)
		 
 
	
		
	İdarənin indiki rəhbəri Xanlar Ağalarovdur. O, 2024-cü ilin yanvarında bu vəzifəyə təyinat alıb. 
	 
 
Dənizkənarı Bulvar İdarəsi bir müddət əvvəl Milli Parkın "Green Flag” mükafatı alması ilə gündəmə gəlmişdi. 
	 
	
Seyid
             
            
Şərhlər