Məşhur aktrisa Ancelina Coli Bred Pittlə boşanmasından sonra ailə həyatı və uşaqları ilə münasibətlər barədə açıqlama verib.
Qaynarinfo xəbər verir ki, cütlük 2019-cu ildə boşanma üçün müraciət edib. Onlar 5 il evli olublar və altı övlad böyüdüblər: əkizlər Viven və Noks, Şaylo, Zahara, Paks və Meddoks. Boşanmadan sonra tərəflər arasında uzun müddət davam edən mübahisələr və gərginlik yaşanıb. Məlum olub ki, Şaylo artıq rəsmi şəkildə Pittin soyadından imtina edib və digər uşaqların da eyni addımı atdığı bildirilir.
Coli qeyd edib ki, övladları uzun illərdir ataları ilə əlaqə saxlamır və bu qərarlara onun təsiri olmayıb. Aktrisanın sözlərinə görə, özü də boşanma prosesindən sonra uzun müddət emosional çətinliklər yaşayıb, lakin indi vəziyyəti daha yaxşıdır.
O, "Variety” nəşrinə verdiyi müsahibədə bildirib ki, uşaqları onun həyatında mühüm dəstək rolunu oynayıb və onun yenidən güc qazanmasına kömək ediblər:
"Düşünürəm ki, mənim mübarizə ruhum yenidən qayıdır. Bir müddət onu itirmişdim. Uşaqlarım böyüyüb və məni dəstəkləyirlər. İndi istəyirlər ki, mən səyahət edim, yeni şeylər edim".
Aktrisa əlavə edib ki, boşanmadan sonra aktyorluq karyerasını demək olar ki, dayandırmağı düşünürdü, lakin uşaqları onun işə davam etməsində əsas motivasiya olub. O, daha çox rejissorluğa yönəlməyi planlaşdırsa da, ailə və maddi səbəblərə görə yenidən aktyorluğa qayıdıb və əsasən qısa və çevik layihələrdə iştirak edib.
Aydın
Şərhlər