Xəbər lenti

İdman 10:56 02.08.2023

"Çelsi" bu futbolçu ilə 8 illik müqavilə bağladı

Premyer Liqa təmsilçisi "Çelsi" gənc futbolçu Lesli Uqoçukvu ilə 7+1 illik müqavilə imzalayıb.

Qaynarinfo-nun məlumatına görə, ingilislər Uqoçukvunu Fransa "Renn"indən alıb. İngiltərə mətbuatında transferin 27 milyon avroya reallaşdığı iddia edilib.

Fransa Millisinin aşağı yaş qruplarından ibarət komandalarında çıxış edən Uqoçukvu ötən mövsüm "Renn”də 35 oyun keçirib.

Gənc futbolçu "Yeni Kamavinqa" kimi qələmə verilir. O , həm də oyun tərzinə görə əfsanəvi fransız futbolçulardan biri Marsel Desailliyə bənzədilir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->