Ölkə 17:10 02.07.2023

Cəmi 1 nəfər yoluxdu, 10 aktiv xəstə qaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 948 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 655 nəfər müalicə olunaraq sağalıb, 10 283 nəfər vəfat edib, aktiv xəstə sayı 10 nəfərdir.

Ölkədə son sutka ərzində 469, hazırkı dövrədək isə 7 644 484 test aparılıb.

Gün ərzində koronavirus əleyhinə 159 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 138, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 15, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 5 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 967 228, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 327, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 102, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 502, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 297 nəfər təşkil edir.