Xəbər lenti

Çexiya prezidenti:
Dünya 17:45 28.11.2023

Çexiya prezidenti: "Ukraynaya vədlərimizi yerinə yetirmədik, gələn il daha çətin ola bilər"

Çexiya prezidenti Petr Pavel bildirib ki, Ukraynanın tərəfdaşları lazımi silahların verilməsi ilə bağlı bir çox vədləri yerinə yetirməyib, bununla da Silahlı Qüvvələrinin böyük hücumu davam etdirməsinə mane olub.

Qaynarinfo xəbər verir ki, o, bu barədə İtaliyaya səfəri zamanı "Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.

"Təəssüf ki, bizim hərbi texnika təchizatımız Ukraynanın yüksək intensiv əməliyyatını davam etdirməsinə imkan vermir. Biz ukraynalıları artilleriya sursatları ilə təmin etmək vədlərimizi yerinə yetirməmişik, F-16-ya hazırlıq lazım olduğu qədər sürətlə getmir”, deyən Pavel Böyük qeyd edib ki, Britaniyanın "Storm Shadow” raketlərini və Fransanın SCALP raketlərini təhvil verməsindən sonra Ukraynanın Almaniyadan "Taurus" raketlərini alacağı gözlənilirdi, lakin Berlin belə bir qərar verməyib və bu, təchizatda balanssızlıq yaradıb. 

O, həmçinin qeyd edib ki, Ukrayna tərəfində olan qeyri-müəyyənlik hərbi planlaşdırma üçün yaxşı əsas deyil.

Pavel vurğulayıb ki, Qərbin suverenliyi və sərhədləri üzərində nəzarəti bərpa etmək uğrunda mübarizəsində "Ukraynaya uğur qazanmaq üçün lazım olan hər şeyi verməkdən başqa seçimi yoxdur”.

"Bundan daha az olan hər şey bizim məğlubiyyətimiz olacaq. Rusiyanın qələbəsi isə gələcəkdə bizim xeyrimizə işləməyəcək, çünki bu, onların öz məqsədlərinə güc yolu ilə nail ola biləcəkləri ideyasını gücləndirəcək və dünyadakı bütün rejimləri Qərb demokratiyasının zəifliyinə arxalanmağa sövq edəcək”, deyə Çexiya lideri vurğulayıb. 

O, həmçinin qeyd edib ki, zaman keçdikcə Moskva ilə danışıqların mümkün olduğu "mərhələyə çatmaq” lazım gələcək, lakin bu, Vladimir Putinin irəli sürdüyü şərtlərlə deyil, beynəlxalq qaydalar və qanunlar çərçivəsində baş verməlidir. 

Pavel Ukraynanın bu il böyük əks-hücum etmək üçün yalnız bir cəhdi olması ilə bağlı sözlərini şərh edərək "əks-hücumların bahalı, tələbkar və böyük iş tələb edən" olduğunu və bir il ərzində iki və ya üç böyük hücumun həyata keçirilməsinin mümkün olmadığını qeyd edib. 

O, həmçinin əlavə edib ki, gələn il Rusiyada, ABŞ-da və ola bilsin Ukraynada seçkilər olacaq və bu qış "çox çətin” keçəcək, çünki Ukrayna infrastrukturunun çox hissəsi dağıdılıb və hətta tərəfdaşların köməyi ilə hər şeyi bərpa etmək mümkün olmayıb.

"Əhali üçün çətin olacaq və indi Ukraynanı dəstəkləyən ölkələrin tərəddüdləri ilə məyusluq hissi artacaq. Bu isə təbii olaraq əks-hücum əməliyyatlarının davam etdirilməsi üçün o qədər də əlverişli şərait yaratmır”, deyə Pavel bildirib.

Pavel qeyd edib ki, bu qış, sənayesini artıq "müharibə rejiminə” keçirə bilən Rusiyaya bərpası üçün vaxt verəcək, çünki işğalçı ölkə daha çox iri çaplı sursat, daha çox tank istehsal və daha çox əsgəri səfərbər edir, həmçinin bir neçə ölkə ilə silah tədarükü ilə bağlı danışıqlar aparır.

"Şimali Koreyanın 1 milyon artilleriya mərmisi potensialı var. Əgər biz Ukraynanın dəstəyini qorumaq imkanını itirsək, gələn il Moskva üçün daha da əlverişli ola bilər. Bu il uğurun əsasını qoymaq üçün həlledici ildir, gələn il daha çətin olacaq”, deyə o, vurğulayıb.

Çexiya lideri jurnalistlə razılaşıb ki, Putin "müharibə başlayandan bəri ən yaxşı həftələrini yaşayır", çünki dünyanın diqqəti Qəzza zolağındakı döyüşlərə yönəlib və bütün Qərb sanksiyalarına baxmayaraq Rusiyanın ÜDM-i artmaqdadır, lakin qeyd edib ki, Ukraynanın tərəfdaşları hələ də "nəsə dəyişə bilərlər”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->