Çexiyanın anbarlarındakı silah ehtiyatları azalır və bu, Praqanın Kiyevə kömək etmək imkanlarını azaldır.
Qaynarinfo xəbər verir ki, bunu Çexiyanın baş naziri Petr Fiala Vyanada keçirdiyi mətbuat konfransı zamanı bildirib.
"Həqiqətən də, anbarlarımızda tədarük daha azdır və buna görə də yardım imkanları azalır", deyə Fiala Çexiyanın Ukraynaya hərbi yardımının həcminin azalması ilə bağlı suala cavab verib.
Eyni zamanda, hökumət başçısı vurğulayıb ki, Praqa Ukrayna Silahlı Qüvvələrinə dəstəyini davam etdirəcək. O əlavə edib ki, Çexiya müdafiə sənayesinin Ukraynaya kömək üçün Qərb tərəfdaşları ilə əməkdaşlıq etmək imkanları var.
Noyabrın sonunda Çexiya prezidenti Petr Pavel Qərbin verdiyi vədləri yerinə yetirmədiyini və Kiyevi lazımi silahlarla təmin etmədiyini bildirib. Onun fikrincə, qış yaxınlaşdıqca ukraynalıları çətin günlər gözləyir.
Aydın
Şərhlər