Xəbər lenti

Ceyhun Rəhmanov yeni vəzifəyə təyin olundu
Ölkə 22:23 22.12.2025

Ceyhun Rəhmanov yeni vəzifəyə təyin olundu

Milli Olimpiya Komitəsində yeni təyinat olub.

Qaynarinfo xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, Ceyhun Rəhmanov Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Ceyhun Rəhmanov Azərbaycan nümayəndə heyətinin tərkibində Olimpiya Oyunları, Avropa Gənclər Olimpiya Festivalları (EYOF) və İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş, komanda idarəçiliyi və beynəlxalq koordinasiya sahəsində fəaliyyət göstərib.

Eyni zamanda o, 2025-ci ilin aprel ayından etibarən Azərbaycan Cüdo Federasiyasında proqramlar üzrə menecer vəzifəsində çalışıb, idman, təhsil və inkişaf layihələrinin icrasında fəal iştirak edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->