Əməkdar incəsənət xadimi, rejissor Oruc Qurbanovun qızı Lənkəran Dövlət Dram Teatrından istefa verib.
Qaynarinfo xəbər verir ki, Miranda Qurbanova buna səbəb kimi sözü gedən teatrda haqsızlıqla üzləşməsini göstərib:
"Atamın vəfatından 3 il ötür. Zaman sürətlə axsa da, onun qoyduğu izlər hər gün daha aydın görünür. Onun yoxluğu çox çətindir, amma xatirəsi və ruhu bizə işıq verir. Atam yalnız sənətkar deyildi. O, insanlara örnək olan, ruhu incə, sevgisi dərin bir insan idi. Həyatını sənətə həsr etmiş, hər işində insanlara dəyər verməyi, hər anında diqqət və mərhəmət göstərməyi öyrətmişdi. O, təkcə göstəriş vermirdi, O yaşadıqlarıyla, davranışıyla, sözü ilə hər kəsin qəlbində iz buraxırdı. Ata mən də sənin kimi haqsızlıqlar yaşadım. Teatrdan uzaqlaşdım, çalışdığım yerdə soyuqluq və ədalətsizliklə üzləşdim.
Amma bu, məni sındırmadı. Əksinə, Sənin yolun və öyrətdiklərin sayəsində haqsızlıqlara baxmayaraq, mən özümü qorudum, öz prinsipimdən keçmədim. Haqsızlıqlara baxmayaraq, işini düzgün və vicdanla görmək, insanlığa və sənətə hörmət göstərmək ən böyük zəfərdir. Mən sənin yenə də güclü qızınam. Sənin xatirən məni gücləndirdi. Atam, sən gedə bilərsən, amma ruhun, işığın və qoyduğun iz əbədi olaraq bizimlə yaşayacaq.
Əziz Atam Allah sənə rəhmət eləsin, ruhun şad olsun. Sənin xatirən yaşayacaq və işığın bizim üçün heç zaman sönməyəcək".- deyə Miranda Qurbanova bildirib.
Bahar Rüstəmli
Şərhlər