Dünya 18:40 16.05.2022

Çin-dən G7-yə: Rusiya-Ukrayna münaqişəsindən Pekinə təzyiq üçün istifadə etməyin

Pekin G7 ölkələrini Çinə "böhtan atmağı" və onun daxili işlərinə, o cümlədən Tayvan məsələsinə qarışmağı dayandırmağa çağırır.

Qaynarinfo xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litzyan bildirib.

Onun sözlərinə görə, "Çinin Honq-Konq, Sincan, Tayvan və dəniz işləri ilə bağlı məsələlərdə mövqeyi aydın və ardıcıldır” və "Çinin mövqeyinə və obyektiv faktlara məhəl qoymamaqla, ÇXR-in daxili işlərinə kobud müdaxilə, Çinə qarşı şər-böhtan və Rusiya-Ukrayna münaqişəsindən Çinə təzyiq etmək üçün başqa növbəti istifadə, bütün bunlar absurd ritorikadır, əziyyət çəkməyə dəyməz", - deyə diplomat vurğulayıb.

Finlandiyanın Şimali Atlantika Alyansına qoşulmaq niyyətini şərh edən Çjao Litzyan bildirib ki, Pekin Finlandiyanın NATO üzvü olmağa hazır olması fonunda bütün tərəflərin təhlükəsizliyin bölünməzliyi prinsipinə əməl edəcəyinə və bir-birinin qanuni narahatlıqlarına hörmətlə yanaşacağına ümid edir. Bununla belə, diplomat xəbərdarlıq edib ki, Finlandiyanın NATO-ya daxil olması Pekin və Helsinki arasında münasibətlərə "yeni amillər” gətirəcək.

Öz növbəsində, Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin rəsmi nümayəndəsi Fu Linxuey qeyd edib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı və koronavirus pandemiyası Çində ərzaq və enerji qiymətlərinin artımını sürətləndirib, lakin o, əmin edib ki, ölkə hakimiyyəti kömür hasilatını artırmaqla inflyasiyanı cilovlamaq niyyətindədir. – bu haqda TASS yazıb.

"İnterfaks”ın xəbərinə görə, Fu Linzuey həmçinin may ayında Çin iqtisadiyyatının koronavirus infeksiyasından zərər çəkən ərazilərdə istehsal fəaliyyətinin bərpası ilə yaxşılaşacağını gözlədiyini deyib.

Səlahiyyətlilər, istehlakçı gücünün bərpasının sürətləndiriləcəyinə ümid etdiyini deyib və əlavə etdi ki, Çin iqtisadiyyatı bu ilin ikinci rübündə nisbətən sabit yüksəliş trendini qoruyacaq.
 
Alpər