Dünya 13:09 20.06.2022

Çin yeni raket izləmə sistemini uğurla sınaqdan keçirdiyini açıqladı

Çinin Müdafiə Nazirliyi "yer-hava” raket izləmə sistemini sınaqdan keçirdiyini və "məqsədinə çatdığını” bildirib.

Qaynarinfo bu barədə CNN-ə istinadən xəbər verir.

Prezident Si Szinpinin iddialı modernləşdirmə layihəsinin bir hissəsi olaraq, Çin kosmosda peykləri məhv edə bilən raketlərdən tutmuş nüvə başlıqlarına malik qabaqcıl ballistik raketlərə qədər müxtəlif raketlər üzrə tədqiqatlarını gücləndirib.

Çin bildirib ki, sınaq öz müdafiəsini gücləndirmək məqsədi daşıyır və digər ölkələr üçün heç bir təhlükə yaratmır.

Pekin artıq ən son 2021-ci ilin fevralında və daha əvvəl 2018-ci ildə raket izləmə sistemlərini sınaqdan keçirib.

M.Arif