Xəbər lenti

ÇL: “Araz-Naxçıvan” Almaniya klubuna 5 qol vurdu
İdman 17:12 24.08.2023

ÇL: “Araz-Naxçıvan” Almaniya klubuna 5 qol vurdu

"Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasındakı növbəti oyununda da böyük hesabla qalib gəlib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupu çərçivəsində Latviyada keçirdiyi ikinci görüşündə Almaniya təmsilçisi "Yan Reqensburq”u 5:0 hesabı ilə üstələyib.

Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran "Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanmağa çox yaxındır. Vitali Borisovun yetirmələri qrupda son oyunu avqustun 26-da yerli "Riqa”ya qarşı keçirəcəklər.

UEFA Çempionlar Liqası
İlkin seçmə mərhələ
A qrupu, II tur

24 avqust
"Yan Reqensburq” (Almaniya) - "Araz-Naxçıvan” (Azərbaycan) 0:5
Qollar: Katatau, 6:37, Erik, 8:07, Xəzər Ağalızadə, 12:59, İsa Atayev, 25:34, Xətai Bağırov, 26:13.
Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Pitsola (İtaliya), Arttu Kinaerenen (Finlandiya).
Timekeeper: Kiazo Leladze (Latviya).
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna).
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino).
Salaspils. Salaspils İdman Arenası..

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->