Xəbər lenti

Cümşüd İbrahimli nazirliyi və Rəssamlar İttifaqını məhkəməyə verdi
Ölkə 15:02 02.05.2023

Cümşüd İbrahimli nazirliyi və Rəssamlar İttifaqını məhkəməyə verdi

Heykəltəraş-rəssam Cümşüd İbrahimli "Azərbaycan Rəssamlar İttifaqı” İctimai Birliyini məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, o eyni zamanda Mədəniyyət Nazirliyi və Rəsamlar İttifaqı İstehsalat Yaradıcılıq Kombinatı barəsində də iddia qaldırıb.

Cümşüd İbrahimlinin iddiasına Bakı İnzibati Məhkəməsində Nəriman Abdiyevin sədrliyi ilə baxılacaq. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir. 

Məhkəmə çəkişməsinin təfərrüatları barədə açıq mənbələrdə məlumat yoxdur. 

Cümşüd İbrahimli 1941-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. Tiflis Rəssamlıq Akademiyasının Monumental heykəltəraşlıq fakültəsini bitirib.

O, indiyə qədər 50-yə yaxın sənət və monumental əsəri hazırlayıb. Bunlardan "İmadəddin Nəsimi", "Niyazi", "Cəvahirləl Nehru", "İndra Qandi", "Koroğlu", "Şah İsmayıl Xətai", "Qaçaq Kərəm", "Pənah xan", "Rəşid Behbudov", "Zeynalabdin Tağıyev", "Nəsrəddin Tusi", "Yusif Məmmədəliyev" və "Babək" əsərlərini göstərmək olar.

Seyid

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->