Xəbər lenti

İngiltərə klubunun baş məşqçisi casusluqda ittiham olunur
İdman 19:42 22.07.2026

İngiltərə klubunun baş məşqçisi casusluqda ittiham olunur

İngiltərənin "Sauthempton" klubunun baş məşqçisi, almaniyalı Tonde Ekkertə rəqib komandaların məşqlərini izləməklə bağlı üç epizod üzrə ittiham irəli sürülüb. 

Demokrat.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası (FA) "X" sosial şəbəkəsində məlumat yayıb.

FA-nın açıqlamasına görə, baş məşqçi 2025-ci ilin dekabrından 2026-cı ilin may ayına qədər "Oksford Yunayted", "İpsviç Taun" və "Midlsbro" komandalarının məşqlərinin izlənilməsini təşkil etməkdə və ya buna icazə verməkdə ittiham olunur.

Qurumun bəyanatında bildirilir ki, bu hərəkətlər qeyri-idman davranışı kimi qiymətləndirilir və futbolun nüfuzuna xələl gətirə bilər.

2026-cı il mayın 19-da İngiltərə Futbol Liqasının (EFL) Müstəqil İntizam Komissiyası "Sauthempton" klubunu Çempionşip pley-offunun finalından kənarlaşdırıb. Bununla da komanda İngiltərə Premyer Liqasına yüksəlmək uğrunda mübarizə aparmaq imkanını itirib.

Qərarın əsas səbəbi rəqib komandaların məşqlərinin icazəsiz çəkilişi ilə bağlı bir neçə fakt olub. Söhbət 2025-ci ilin dekabrında "Oksford Yunayted", 2026-cı ilin aprelində "İpsviç Taun" və may ayında "Midlsbro" ilə oyunlar ərəfəsində baş verdiyi bildirilən müşahidələrdən gedir.

EFL kluba reqlamentin iki maddəsi üzrə ittiham irəli sürüb. Bunlar klublar arasında vicdanlı münasibətləri nəzərdə tutan 3.4-cü qayda və oyundan əvvəlki 72 saat ərzində rəqib komandanın məşqlərinin izlənilməsini qadağan edən 127-ci qaydadır.

Məlumata görə, klub irəli sürülən ittihamları qəbul edib.

Bundan əlavə, "Sauthempton" 2026/2027 mövsümünün Çempionşip yarışına dörd xal silinməsi cəzası ilə başlayacaq.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->