Xəbər lenti

İdman 16:37 22.07.2026

"Neftçi" Varqasın transferini açıqladı

"Neftçi” ötən mövsüm komandada icarə əsasında çıxış edən Fredi Varqasın transfer hüquqlarını alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Venesuela milli komandasının üzvü ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Varqas 2025-ci ilin yayında İsrailin "Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->