Daş yaddaşımız: Qərbi Azərbaycan adlı sənədli film çəkildi (VİDEO)
Azərbaycan və ingilis dillərində "Daş yaddaşımız – Qərbi Azərbaycan” adlı sənədli film çəkilib.
Qaynarinfo xəbər verir ki, filmin çəkilişi Beynəlxalq Hüquq sahəsində Maarifləndirmə və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Qərbi Azərbaycan mədəni irsi” təbliğat kampaniyası layihəsi çərçivəsində icra edilib.
Sənədli filmdə azərbaycanlıların qədim yurd yerlərindən olan Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, mənəvi irsi barədə ətraflı məlumatlar verilib, Ermənistanın beynəlxalq qanunlara əməl edərək vaxtilə orada yaşayan soydaşlarımızın qayıdış hüququnu bərpa etməsindən, mülkiyyət hüquqlarını və tarixi-mədəni abidələrimizi qorunmasının vacibliyindən söhbət açılıb.
Eyni zamanda filmdə uşaqlıq və gənclik illəri Qərbi Azərbaycan mahallarında keçən bir sıra tanınmış ictimaiyyət nümayəndələrinin fikirlərinə yer ayrılıb. Onların dili ilə qədim torpaqlarımızın tarixinə, mədəni və mənəvi irsinə baxış ortaya qoyulub.
Sənədli film Prime TV stiudiyası tərəfindən ərsəyə gətirilib və "Yeni Media” internet televiziyasında yayımlanıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər