Xəbər lenti

İsa Qəmbər-Sərdar Cəlaloğlu görüşündə nədən danışılıb?
Siyasət 18:06 06.10.2025

İsa Qəmbər-Sərdar Cəlaloğlu görüşündə nədən danışılıb?

Müsavat Partiyası İsa Qəmbərlə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu arasında keçirilən görüşün detallarını açıqlayıb.

Partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, hər hansı bir siyasi təşkilatın yaranması ilə bağlı deyilənlər əsassızdır:

"Xüsusi olaraq iki partiya rəhbəri arasında görüş keçirilib" sözü bir az böyükdür. Pənah bəy çayı tullanmamış artıq bərəkallah deyib. Görüş olub, ölkədə baş verən ictimai-siyasi vəziyyət müzakirə olunub. İsa bəyə müəyyən təkliflər edilib. Həmin təkliflər hələ müzakirə olunur, öyrənilir. Edilən təkliflərə müsbət və mənfi cavab verilməyib".

Gülağa Aslanlı Müsavat Partiyasının Azərbaycanın siyasi mühitində fərqli yeri olduğunu vurğulayıb:

"Bu fərqlilik ondan təkliflərin dəqiq öyrənilməsinin vacibliyini yaradır. Hər hansı bir siyasi təşkilatın yaranması ilə bağlı məlumatlar əsassızdır. Təşkilat yaranması ilə bağlı ümumiyyətlə, söhbət olmayıb. Bitməmiş bir görüşün yayılmasına ehtiyac yox idi. Amma bunu niyə yayıblar, bu, sual yaradır".

Qeyd edək ki, Müsavat Partiyasının qərargahında Müsavat Partiyasının Başqanı İsa Qəmbərlə ADP sədri Sərdar Cəlaloğlu arasında görüş olub. Görüşdə sabiq Baş nazir Pənah Hüseyn də iştirak edib. Görüşdə siyasi partiyalararası münasibətlər, ölkədəki ictimai-siyasi vəziyyət, eyni zamanda beynəlxalq proseslərin müzakirə edildiyi bildirilir. 

Bahar Rüstəmli


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->