Siyasət 12:00 25.04.2023

Deputatlar Vahid Əhmədovun çıxışını topa tutdu

Vahid Əhmədovun bir neçə gün öncə verdiyi müsahibə deputatlar tərəfindən ciddi tənqid olunub.

Qaynarinfo xəbər verir ki, deputat Fəzail Ağamalı Vahid Əhmədovun prezidentin siyasətinə kölgə saldığını deyib.

"Bu yaxınlarda həmkarımız Vahid Əhmədov mətbuatda xoşagəlməz müsahibə verib. Blogerin suallarının təsiri altına düşən həmkarımız dövlətin həyata keçirmiş olduğu fundamental məsələlərə şübhə toxumu səpməyə çalışdı. Məni narahat edən millət vəkilinin Azərbaycan dövlətçiliyinə təhdidləri, qərəzli münasibətləridir", - deyə deputat qeyd edib.

Deputat Razi Nurullayevin də Vahid Əhmədovun deputatların aşağılanmasına rəvac verməsini şiddətlə qınadığını bildirib:

"Onun bu müsahibəsini və fikirlərini parlamentə, onun deputatlarına qarşı açıq-aydın təhdid kimi qiymətləndirirəm".
 
Qafqaz Rafiqoğlu