Xəbər lenti

DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi (FOTO)
Ölkə 12:51 02.07.2026

DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi (FOTO)

Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar.

Qaynarinfo xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib.

Respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı da ziyarət olunub.

--> -->