Ölkə 12:24 10.11.2023

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi

"Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə ilə bağlı gəmilərə xəbərdarlıq edib"
 
Qaynarinfo bu barədə agentliyə istinadən xəbər verir.

Xəbərdarlıqda deyilir ki, bu gündən Xəzər Dəniz Akvatoriyasinda başlayacaq şimal-qərb küləyi noyabrın 11-nə kimi davam edəcək. Küləyin sürəti 18-23 m/s, arabir: 25-30 m/s, açıq dənizdə arabir: 33 m/s dalğanın hündürlüyü 30-0 metr, sonrakı inkişafda 4-6 metr olacaq.