Xəbər lenti

Dövlət qurumundan DSK üzvünə 12 000 manatlıq sifariş
Ölkə 16:12 02.03.2026

Dövlət qurumundan DSK üzvünə 12 000 manatlıq sifariş

"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsi fiziki şəxs Gedayev Rəşad İsa oğlu ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə sözügedən qurumun 9 saylı Qəbələ Ərazi İdarəsi üzrə icarə xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 12 000 manatdır. 

Satınlama proseduru birmənbə metodu ilə həyata keçirilib. 

Araşdırmalarımız zamanı məlum olub ki, Rəşad Gedayev sıradan bir şəxs deyil. O, 89 saylı İsmayıllı seçki dairəsinin üzvüdür.

Seyid
--> -->