Xəbər lenti

Döyüş təyyarələri raketlər kimi kosmosa uça bilərmi?
Dünya 18:03 07.09.2025

Döyüş təyyarələri raketlər kimi kosmosa uça bilərmi?

Döyüş təyyarələri havada üstünlük qazansa da, kosmosa çatmaq məsələsinə gəlincə onların imkanları kifayət etmir. 

Qaynarinfo xəbər verir ki, "Wion" nəşri bunun səbəblərini izah edib.

Döyüş təyyarələri Yer atmosferində uçmaq üçün layihələndirilir, kosmik raketlər isə tamamilə başqa məqsəd üçün – orbitə və daha yüksək hündürlüklərə çıxmaq üçün yaradılır.

Orbitə çıxmaq üçün sürət təxminən 9400 km/saat təşkil etməlidir. Müasir döyüş təyyarələrinin ən sürətliləri isə 3500 km/saat həddinə çata bilir. Enerji fərqi o qədər böyükdür ki, təyyarələrin bunu aşması mümkün deyil.

Bundan başqa, döyüş təyyarələrinin mühərrikləri atmosferdən alınan oksigenlə işləyir. Hündürlük artdıqca hava seyrəkləşir və mühərriklər gücünü itirir. Raketlər isə oksigeni öz yanacaq sistemlərində daşıyır və atmosferdən asılı deyillər.

Orbitə qalxmaq üçün aparat həm də ekstremal istiliklərə və gərgin yükə tab gətirməlidir. Atmosfer uçuşu üçün yaradılan döyüş təyyarələri isə bu şəraitdə dağılar. Yanacaq səmərəliliyi də mühüm fərqdir: reaktiv mühərriklər atmosferdə, raket mühərrikləri isə yüksək enerji tələb edən kosmik uçuşlarda effektivdir.

Qeyd edilir ki, bəzi eksperimental təyyarələr kosmik sərhədi keçə bilsə də, onlar hibrid aparatlardır və ənənəvi döyüş təyyarəsi hesab olunmurlar. Buna görə də hazırkı döyüş təyyarələri orbitə çıxa bilmir.

Müasir döyüş təyyarələrindən, məsələn, "MiQ-25" 2,8 Max (təxminən 3500 km/saat) sürətə çata bilir. Amma "hava-hava" sinifli "Meteor" kimi raketlər 4 Max-dan (təxminən 5000 km/saat) artıq sürətlə uçur. Bu səbəbdən döyüş təyyarələrinin öz raketlərini ötüb keçməsi də mümkün deyil.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->