Xəbər lenti

Dollar bahalaşacaq: FED uçot dərəcəsini son 28 ildə rekord səviyyədə artırdı
Ekonomiks18:21 15.06.2022

Dollar bahalaşacaq: FED uçot dərəcəsini son 28 ildə rekord səviyyədə artırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Federal Ehtiyat Sistemi (FRS) uçot dərəcəsini 0,75 faiz artırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə təşkilatın press-relizində bildirilir.
Belə ki, uçot dərəcəsi 1,50%-ə qaldırılıb.
Bu, 1994-cü ildən indiyədək ən böyük faiz artımı sayılır.
FED, həmçinin 2022-ci ildə ABŞ-ın ÜDM artımı proqnozunu 2,8%-dən 1,7%-ə endirib.
Bundan əlavə, FED 2022-ci ildə ABŞ-da işsizlik səviyyəsi ilə bağlı proqnozu 3,5%-dən 3,7%-ə, 2023-cü ildə isə 3,5%-dən 3,9%-ə yüksəldib.
İnflyasiya proqnozu isə 4,3%-dən 5,2%-ə qaldırılıb.