XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tokayev Qazaxıstan hökumətini istefaya göndərdi
Dünya10:26 28.08.2026

Tokayev Qazaxıstan hökumətini istefaya göndərdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni seçilmiş Qurultay qarşısında səlahiyyətlərini təhvil verən hökuməti istefaya göndərib.

Qaynarinfo Akordaya istinadən xəbər verir ki, dövlət başçısı müvafiq fərmanı avqustun 28-də imzalayıb.

Fərmana əsasən, yeni tərkib təsdiqlənənədək hökumət vəzifələrinin icrasını davam etdirəcək.

Qeyd edək ki, Qurultayın birinci iclası bu gün keçiriləcək.