XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)
İdman21:09 27.08.2026

"Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, Monakoda keçirilən mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu “Sabah” 4-cü səbətdə yer alıb.

Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək.

Püşkün nəticəsinə əsasən “Sabah”ın rəqibləri aşağıda adları qeyd edilən komandalar olacaq:

1-ci səbətdən

“Barselona”, İspaniya (Bakıda)
“Arsenal”, İngiltərə (səfərdə)

2-ci səbətdən

“Borussiya” Dortmund, Almaniya (Bakıda)
“Mançester Yunayted”, İngiltərə (səfərdə)

3-cü səbətdən

“Vilyarreal”, İspaniya (səfərdə)
“Napoli”, İtaliya (Bakıda)

4-cü səbətdən

“Slaviya” Praqa, Çexiya (Bakıda)
“Vikinq”, Norveç (səfərdə)

Liqa mərhələsinin oyunlarına sentyabrın 8-də start veriləcək.

Çempionlar Liqasının Liqa mərhələsinin tam təqvimi, oyunların tarixləri və başlama saatları isə avqustun 29-dan gec olmayaraq açıqlanacaq.