Xəbər lenti

Dünyanın ən gözəl günəş doğuşunu izləmək üçün 10 məkan
Dünya 18:44 17.07.2026

Dünyanın ən gözəl günəş doğuşunu izləmək üçün 10 məkan

Səyahət həvəskarları üçün günəşin doğuşunu izləmək unudulmaz təcrübələrdən biri hesab olunur. Təcrübəli səyyahlar planetdə günəşin doğuşunu izləmək üçün ən möhtəşəm 10 məkanı müəyyən ediblər.

Qaynarinfo xəbər verir ki, dünyanın ən böyük səyahət nəşrlərindən biri olan "Lonely Planet"ə danışan peşəkar səyyahlar günəşin doğuşunu qarşılamaq üçün ən sevdikləri istiqamətləri açıqlayıblar.

Siyahıya aşağıdakı məkanlar daxil edilib:

Avstraliyadakı Uluru-Kata Tyuta Milli Parkı
Portuqaliyanın Azor adaları
ABŞ-ın Arizona ştatındakı Böyük Kanyon (Grand Canyon)
Zimbabvedəki Hvanqe Milli Parkı
Kambocanın Siem Reap şəhəri
Laosun Luang Prabanq şəhəri
Çilidəki Torres-del-Payne Milli Parkı
Taylandın Samui adası
ABŞ-ın Alyaska ştatındakı Fərbenks şəhəri
Tanzaniyaya məxsus Zənzibar adası

Mütəxəssislərin fikrincə, bu məkanların hər biri günəşin doğuşu zamanı özünəməxsus mənzərəsi ilə seçilir. Onlar bildirirlər ki, səhər tezdən oyanmaq və bu mənzərəni izləmək həm sərf olunan vəsaitə, həm də çəkilən zəhmətə tam dəyər.

Bundan əvvəl isə ekspertlər Avropada çimmək üçün ən təmiz və ən çirkli suların yerləşdiyi ölkələrin siyahısını açıqlamışdılar. Həmin reytinqdə bütün çimərlik sularının əla keyfiyyətə malik olması ilə Kipr birinci yeri tutub.

Həmçinin 2026-cı ildə baş verəcək Günəş tutulmasını izləmək üçün dünyanın ən əlverişli şəhərinin İspaniyada yerləşdiyi də açıqlanıb.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->