"Sabah" komandası UEFA Çempionlar Liqasında maraqlı göstəriciyə imza atıb.
Qaynarinfo "Onefootball" nəşrinə istinadən xəbər verir ki, bu, paytaxt təmsilçisinin İngiltərədə "Mançester Yunayted"ə qarşı keçirdiyi Liqa mərhələsinin I turunun oyununda gerçəkləşib.
Azərbaycan çempionunun heyətində meydana çıxan 11 futbolçunun hamısı fərqli ölkələri təmsil edib. Bu da qitənin ən nüfuzlu klub turnirinin tarixində bir ilkdir:
Stas Pokatilov (Qazaxıstan), Timoteuş Puxaç (Polşa), Rəhman Daşdəmirov (Azərbaycan), Eyden Makkarti (Cənubi Afrika Respublikası), Akim Zedadka (Əlcəzair), İvan Lepinitsa (Xorvatiya), Umarali Rahmonaliyev (Özbəkistan), Velko Simiç (Serbiya), Kahim Parris (Yamayka), Kristian Nvaçukvu (Nigeriya), Coy-Lens Mikkels (Ruanda).
Xatırladaq ki, "Sabah" səfərdə rəqibinə 0:4 hesabı ilə uduzub.
Şərhlər