Xəbər lenti

Dünyanın ən hündür yarımçıq göydələni 18 il sonra tamamlanır
Dünya 20:20 11.04.2026

Dünyanın ən hündür yarımçıq göydələni 18 il sonra tamamlanır

Çində illərdir yarımçıq qalan və bir vaxtlar "dünyanın ən hündür tərk edilmiş göydələni” kimi tanınan "Goldin Finance" 117-nin tikintisinin yenidən davam etdirildiyi bildirilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Honq Konqun "South China Morning Post” nəşri yazır.

Məlumata görə, bina 2009-cu ildə inşa olunmağa başlanıb, lakin 2015-ci ildə layihə sahibi şirkətin birja böhranı nəticəsində iflas etməsi səbəbilə tikinti dayandırılıb.

Son məlumatlara əsasən, 2024-cü ilin sonlarında layihədə yenidən işlərə start verilib və mart ayının sonunda işçilər binanın dam hissəsində romb formalı korona konstruksiyasının quraşdırılmasına başlayıblar.

596 metr hündürlüyə çatması planlaşdırılan göydələn tamamlandığı halda dünyada ən hündür binalar arasında 5-ci və ya 6-cı yeri tuta bilər.

Tikintinin bərpası borcların restrukturizasiyası və dövlət investorlarının layihəyə cəlb olunması hesabına mümkün olub. Layihə Çinin daşınmaz əmlak bazarında sabitliyin bərpası və inamın artırılması üçün mühüm addım kimi təqdim edilir.

Rəsmi məlumatlara görə, binanın daxili sahələrinin artıq gələcək kirayəçilər arasında bölüşdürüldüyü bildirilir. Ümumilikdə 17 şirkətin burada yerləşəcəyi, onlardan 7-sinin dövlət müəssisəsi olduğu qeyd olunur.

Aydın
--> -->