Dünyanın 500 ən varlı insanının sərvəti cəmi bir gün ərzində – 15 iyunda 336 milyard dollar artıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” Milyarderlər İndeksinə istinadən məlumat yayıb.
Məlumata görə, planetin 500 ən zəngin şəxsinə məxsus ümumi sərvət 13,3 trilyon dollara yüksəlib. Dünyanın ilk trilyonçusu hesab edilən İlon Maskın aktivləri 10%-dən çox artaraq 1,27 trilyon dollara çatıb.
Reytinqdə yer alan ən aşağı sərvətə malik 12 iştirakçının hər birinin sərvəti isə 7,9 milyard dollar təşkil edib ki, bu da ilk 500-lük üçün minimum hədd üzrə tarixi rekord sayılır.
Bazar iştirakçılarının nikbinliyinə ABŞ və İran arasında Hörmüz boğazının açılması ilə bağlı əldə olunan ilkin razılaşma təkan verib. Bunun fonunda "Dow Jones” indeksi yeni rekord yeniləyib, "Nasdaq 100” və "MSCI World” indeksləri isə ticarəti maksimum səviyyələrə yaxın tamamlayıb.
Artımın əsas səbəblərindən biri ötən həftə "SpaceX” şirkətinin birjada debüt etməsi olub. Pərakəndə investorlar şirkətin səhmlərini kütləvi şəkildə almağa başlayıblar ki, bu da onun bazar dəyərinin 20% artmasına səbəb olub.
Nəticədə İlon Maskın sərvəti 164 milyard dollar artıb. Müqayisə üçün qeyd olunur ki, bu məbləğ digər 499 supervarlının ümumi sərvət artımına demək olar ki, bərabərdir.
Aydın
Şərhlər