Cari ilin ötən dövründə Azərbaycanda əcnəbilər ümumilikdə 5 milyon 762 min 458 gecə keçiriblər.
Valyuta.az xəbər verir ki, əcnəbilərin ən çox gecələdiyi yer Bakı olub. Paytaxtda 3 milyon 299 min 538 gecə qeydə alınıb ki, bu da ümumi gecələmələrin təxminən yarıdan çoxunu təşkil edir.
Bölgələr üzrə siyahıda Qusar ikinci yerdə qərarlaşıb. Burada 379 min 482 gecələmə baş verib. Qusarı Quba (253 min 960 gecə) və Qəbələ (220 min 89 gecə) izləyib.
Sağlamlıq turizmi ilə seçilən Naftalan şəhərində əcnəbilər 123 min 692 gecə, Gəncədə isə 88 min 445 gecə keçiriblər.
Turistlərin daha az gecələdiyi bölgələr sırasında Lənkəran (56 min 224 gecə) və Qax (55 min 285 gecə) yer alıb.
Şərhlər