Xəbər lenti

Əfqanıstan mediaya canlı varlıqların təsvirini dərc etməyə qadağa qoyuldu
Dünya 18:50 07.06.2025

Əfqanıstan mediaya canlı varlıqların təsvirini dərc etməyə qadağa qoyuldu

Əfqanıstanın Lağman vilayətinin rəhbərliyi insan, heyvan və digər canlı varlıqların təsvirlərinin kütləvi informasiya vasitələrində yayımını qadağan edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistikası Mərkəzi məlumat yayıb.

"Fəzilətlərin təşviqi və pisliklərin qarşısının alınması" məqsədilə tətbiq olunan bu qadağa daha əvvəl ölkənin digər 18 vilayətində də qüvvəyə minmişdi. Əfqanıstanda ümumilikdə 34 vilayət mövcuddur.

Lağman vilayətində dövlətə məxsus RTA televiziya kanalı və dörd özəl radio stansiyası fəaliyyət göstərir. Bildirilir ki, qadağa həmin media qurumlarının sosial şəbəkələrinə də şamil olunacaq.

Son dörd ildə Taliban ölkədə əyləncə və idman tədbirlərinə tətbiq edilən məhdudiyyətləri əhəmiyyətli dərəcədə sərtləşdirib. Məsələn, Talibanın idman idarəsi Əfqanıstan şahmat federasiyasının fəaliyyətini dayandıraraq, şahmat oyununu qadağan olunmuş adlandırıb.

Bundan əvvəl "Afghanistan International" nəşri məlumat vermişdi ki, Taliban hərəkatı Əfqanıstanın Daykundi vilayətində stolüstü futbol oyununu da bütpərəstliyə yol açdığı iddiası ilə yasaqlayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->