XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Əfv edilənlər kimlərdir? - 5-i xarici ölkə vətəndaşıdır
Ölkə17:42 23.09.2026

Əfv edilənlər kimlərdir? - 5-i xarici ölkə vətəndaşıdır

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla 20 nəfər əfv edilib.

Qaynarinfo “Qafqazinfo”ya istinadən xəbər verir ki, cinayət törətdiklərinə görə məhkum edildikləri cəzanın qalan hissəsindən azad edilən şəxslərdən 15-i Azərbaycan, 5-i isə xarici ölkə vətəndaşıdır.

Əfv sərəncamı əsasən böyük ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan ağır cinayətlər törətmiş, habelə cəza müddətinin sonuna az qalmış bir sıra məhkumlara şamil edilib.

Belə ki, 14 nəfər cəzasının sonuna 2 aydan 1 il 6 ayadək müddət qalmış, zərərçəkmiş şəxslərlə barışmış və əsasən müsbət xarakterizə olunanlardır. Əfv olunan məhkumlardan 2-inin Vətən müharibəsinin iştirakçısı olması da diqqət çəkir.

Cəzanın qalan hissəsindən azad edilmiş şəxslər barəsindəki məlumat belədir:

Azərbaycan vətəndaşları:

1999-cu ildə anadan olmuş Aydəmirov Cəsarət Səfərqulu oğlu, 9 il müddətinə məhkum edilmişdi;

1992-ci il təvəllüdlü Bağırov Elşən Malik oğlu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi, cəzanın bitməsinə 5 ay qalmışdı;

1970-ci il təvəllüdlü Balabəyov Fikrət Əlibəy oğlu xəsarət yetirməyə görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Cəzasının bitməsinə 7 ay qalmışdı;

1985-ci il təvəllüdlü Bayramov Hikmət Abduləli oğlu 4 illik azadlıqdan məhrum edilmişdi, cəzasının bitməsinə 1 il 4 ay qalırdı;

2003-cü il təvəllüdlü Beybudlu Xəyal Nemət oğlu xəsarət yetirməkdə ittiham olunaraq 4 illik azadlıqdan məhrum edilmişdi, cəzasının bitməsinə 1 il 1 ay qalmışdı;

2000-ci il təvəllüdlü Əliyev Maarif Eldar oğlu 10 il müddətinə azadlıqdan məhrum edilmişdi, cəzasının bitməsinə 2 ay qalmışdı;

2004-cü il təvəllüdlü Kərimov Sahil Aqil oğlu 5 il 5 ay müddətinə məhkum edilmişdi, cəzası 1 ildən sonra bitirdi;

1980-ci il təvəllüdlü Qasımov Rəfail Güloğlan oğlu 12 il 6 ay cəza alıb, cəzanın bitməsinə 1 il 6 ay qalırdı;

2000-ci ildə anadan olmuş Muradov Qurban Sultan oğlu, cəzanın bitməsinə 11 ay qalırdı;

1993-cü il təvəllüdlü Musayev Cəlal İlham oğlu 4 il 5 ay müddətinə məhrum edilib, cəzasının bitməsinə 11 ay qalırdı.

1969-cu il təvəllüdlü Rəhimov İqbal Əliabas oğlu 3 il müddətə azadlıqdan məhrum edilmişdi, sərbəst buraxılmasına 2 il 2 ay qalırdı;

1966-cı il təvəllüdlü Rüstəmov Elman Yaşılxan oğlu 7 il müddətinə azadlıqdan məhrum edilmişdi, cəzasının bitməsinə 4 ay qalırdı;

2003-cü ildə anadan olmuş Süleymanov Sürət Nemət oğlu 2 il 11 ay müddətinə azadlıqdan məhrum edilmişdi, cəzasının bitməsinə 5 ay qalırdı;

1997-ci il təvəllüdlü Süleymanzadə İlqar Vüqar oğlu 5 il 6 ay həbs almışdı, 1 il sonra azadlığa çıxacaqdı;

1995-ci ildə anadan olmuş Dadaşov Əziz İman oğlu 2 il 5 ay görə məhkum edilmişdi, cəzanın bitməsinə 2 il qalırdı.

Xarici ölkə vətəndaşları:

İki nəfər Türkiyə vətəndaşı, 36 yaşlı Demir Mehmet və 45 yaşlı Özdemir Salih İrandan Azərbaycan əraisindən tranzit keçməklə Türkiyəyə gedərkən üzələrində narkotik maddə aşkar edilmişdi;

46 yaşlı Kiril Mixaylov Rusiya və İsrail vətəndaşıdır. Narkotik maddəlırlə bağlı cinayətə görə 3 il 1 ay müddətinə azadlıqdan məhrum olunmuşdu;

1995-ci il təvəllüdlü Pakistan vətəndaşı Sabir Sonia öz həmvətəninə qarşı quldurluq əməlinə görə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Fransa vətəndaşı Ryan Martin Riçards Fransanın ölkəmizdə fəaliyyət göstərən xüsusi xidmət orqalarının nümayəndələri tərəfindən əməkdaşlığa cəlb edilərək casusluq etdiyi üçün ildə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.