44 günlük Vətən müharibəsində soyadından söz etdirməyi bacaran Sahratovlar ailəsinin SOCAR "Azəriqaz” İB-yə etdiyi müraciətin həlli özünü çox gözlətməyib.
Qurumdan Qaynarinfo-ya verilən məlumata görə, Şəhid gizir Cavid Sahratovun qardaşı Səbuhi Sahratlının istəyi əsasında fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb.
Qeyd edək ki, Yardımlı rayonunda yaşayan Sahratovlar ailəsinin hər iki üzvü Vətən müharibəsində iştirak edib. Gizir Cavid Sahratov qəhrəmancasına şəhid olub. Səbuhi isə qardaşının döyüş yolunu layiqincə davam etdirməyi bacarıb və "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
AIN_Error::errorHandler(8, "Trying to access array offset on value of type bool", "file/cache/template/frontend_qaynar_module_qaynar_template_controller_article.html.php.php", 255, Array(5))
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər