Xəbər lenti

Ülvi Babayev milli komanda ilə bağlı qərarını açıqladı: Azərbaycan, yoxsa Rusiya?
İdman 17:52 17.11.2025

Ülvi Babayev milli komanda ilə bağlı qərarını açıqladı: Azərbaycan, yoxsa Rusiya?

"Dinamo Moskva" klubunda çıxış edən azərbaycanəsilli futbolçu Ülvi Babayev azərbaycanlı köklərinə baxmayaraq, Rusiya millisində oynamaq istədiyini deyib.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə 21 yaşlı yarımmüdafiəçi özü bildirib:

"Atamın Azərbaycanda anadan olmasına çox hörmət edirəm. Amma mən Rusiyada doğulmuşam. Azərbaycandan heç kim mənə müraciət etmədi. Mənim Rusiya millisində öz məqsədlərim və vəzifələrim var".

Qeyd edək ki, Ülvi Babayev bu yaxınlarda Rusiyanın U-21 komandasında debüt edib. Rusiya millisi ilə iki oyuna çıxan Babayev iki dəfə də fərqlənib. O, həmçinin Rusiyanın U-15 və U-16 yığmalarında oynayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->