Xəbər lenti

Simonyanın qarşılıqlı işğalla bağlı bu açıqlaması ikibaşlıdır - Siyasi şərhçi
Siyasət 17:38 17.11.2025

Simonyanın qarşılıqlı işğalla bağlı bu açıqlaması ikibaşlıdır - Siyasi şərhçi

"Simonyanın bu açıqlaması ikibaşlı açıqlamadır. O, bununla bir tərəfdən Azərbaycan ərazilərinin işğal olunması faktını qeyd edir, digər tərəfdən isə Ermənistan ərazilərinin də guya Azərbaycan tərəfindən işğal olunduğunu qeyd edir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Ermənsitan parlamentinin sədri Alen Simonyanın İrəvanın 110 kv.km Azərbaycan ərazisinə, eyni zamanda Bakının da 200 kv.km Ermənistan ərazisinə nəzarət etdiyi barədə bəyanatını şərh edərkən deyib.

Hüquqşünasın fikrincə, Simonyan bu zaman vurğunu da daha çox ikinci məqamın üzərinə yönəldir:

"Bununla erməni spiker Azərbaycanı işğalçı, təcavüzkar kimi qələmə vermək niyyəti güdür".
 


Digər tərəfdən, ekspertə görə, bu bəyanatla ehtimalla gələcəkdə ola biləcək, ərazi mübadiləsi üçün özlərinə indidən əsas hazırlayırlar:

"Yəni demək istəyir ki, ermənilər işğal etdikləri əraziləri geri qaytarır, Bakı isə onların istədiyi əraziləri onlara verməlidir. Simonyanın açıqlamasını təxminən bu mənada qiymətləndirmək lazımdır. Açıqlamanın başqa cür qiymətləndirilməsinin tərəfdarı deyiləm. Amma bununla Ermənistan Simonyanın dililə faktiki olaraq təcvüzkar ölkə olduğunu bir daha təsdiq edir və Azərbaycanı da özünə ortaq görmək istəyir".

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan ciddi rezonans doğuran növbəti etirafda edib. Belə ki, o, "ArmComedy” podkastına müsahibəsində Ermənistanın bir sıra sahələrdə ümumilikdə 110 kv.km Azərbaycan ərazisini nəzarətdə saxladığını bildirib: 

"Xəritədə yerləri göstərim?! Deyirəm ki, təxminən 110 kv.km biz onların ərazisindəyik (məsələn, Tavuş istiqamətində). Təxminən 200 kv.km onlar bizim ərazimizdə. Rəsmi şəkildə deyirəm ki, hətta 90-cı illərdən bəri irəlidə olduğumuz yerlər də var".

Xatırladaq ki, Ermənistan Azərbaycanın 4 kəndini indiyədək işğalda saxlayır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->