Xəbər lenti

Dünya 16:07 20.04.2024

Ekvadorda milli fövqəladə vəziyyət elan edildi

Ekvador prezidenti Daniel Noboa enerji böhranı ilə əlaqədar ölkədə iki aylıq milli fövqəladə vəziyyət elan edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Expresso" məlumat yayıb.

Dövlət başçısının sərəncamında qeyd olunur ki, bu qərarın qəbul edilməsində məqsəd fasiləsiz "ictimai elektrik enerjisi xidmətinin" təmin edilməsidir. 

Fərman həmçinin mühüm enerji infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanlarının və hərbi qüvvələrin səfərbər edilməsini tapşırır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->