Xəbər lenti

Əlixan Məhərrəmli məhkəmə qarşısında: Tələbə qızları şantaj edib, 20 min istəyib...
Ölkə 18:52 11.09.2023

Əlixan Məhərrəmli məhkəmə qarşısında: Tələbə qızları şantaj edib, 20 min istəyib...

Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmli barəsində açılan cinayət işinin istintaqı yekunlaşıb.

Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Əlixan Məhərrəmliyə Azərbaycan Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) cinayət işi açılıb. 

Zərərçəkmiş qismində Əliyeva Sevinc Ramiz qızı və İlyasova Səidə Rasim qızı tanınıb. 

Əlixan Məhərrəmli Kayseridəki universitetlərdən birində təhsil alan tələbələri şantaj edərək, 20 min dollar verməsini tələb edib. 

İşə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->