İdman 14:19 29.04.2022

Əliyar Ağayev Yunanıstan Superliqasında

FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının vacib oyununa təyinat alıb.

Qaynarinfo Yunanıstan Superliqasının rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı referi "Panatinaikos" və "Aris" komandaları arasında keçiriləcək matçda fit çalacaq.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək. 4-cü hakim isə yerli olacaq. 

Mayın 1-də "Apostolos Nikolaidis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Səbuhi Həsənov