Siyasətşünas-alim və yazıçı-publisist Elşən Nəsibov (Elşən Ardıcın) "Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında – Azərbaycandilli yazılarda. Kənd həyatından bəhs edən yazılar: 1960-1980-ci illərin əhatəsi. İkinci kitab” adlı əsəri çapdan çıxıb. Kitab "ARDIC” Hərəkatının təqdimatıdır.
Qaynarinfo xəbər verir ki, kitabda 1960-1980-ci illərdə "Sovet Ermənistanı” qəzetində Arçut kəndi haqqında dərc olunmuş məqalələr toplanmış və müəllif tərəfindən şərh edilmişdir. İki bölmədən ibarət əsərin birinci hissəsində qəzet məqalələrinin mətni, ikinci hissəsində isə məqalələrin orijinal qəzet surətləri yer alıb.
Kitabda kəndin XX əsrin ortalarında tərəqqi dövrü, kolxoz-sovxoz sisteminə keçid, infrastrukturun inkişafı, elektrik və telefon xidmətlərinin təmin olunması, məktəb və mədəniyyət mərkəzlərinin fəaliyyəti kimi sahələr işıqlandırılır. Həmçinin kənd sakinlərinin əmək uğurları, orden və medallarla təltif olunmaları qeyd edilir.
Elşən Nəsibov vurğulayır ki, mətbuat vasitələri hadisələri həm keçmiş, həm də indiki zaman üçün yaddaşa çevirərək oxuculara zaman və məkan bağlılığını təqdim edir. Arçut kəndinin 1960-1988-ci illər ərzində keçdiyi inkişaf yolu, zəngin irsi və əlamətdar hadisələr kitabda əks olunub.
Kitab Qərbi Azərbaycanla maraqlanan oxucular, tədqiqatçılar və kəndin tarixini öyrənmək istəyənlər üçün əhəmiyyətlidir. Eyni zamanda, əsər 1970-1980-ci illərdə Arçutun sosial, mədəni və təsərrüfat həyatını işıqlandırmış mərhum ziyalı, müəllim və jurnalist Şura
Şərhlər