Xəbər lenti

Şəmkirdəki qəzada ölənlərdən biri hərbiçidir
Ölkə 16:25 02.08.2023

Şəmkirdəki qəzada ölənlərdən biri hərbiçidir

Şəmkirdə iki avtomobilin toqquşması nəticəsində dünyasını dəyişənlərdən biri hərbçi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2106" və "Mercedes" markalı avtomobillərin iştirakı ilə baş vermiş avtoqəzada dünyasını dəyişən, "Mercedes" markalı avtomobilin sürücüsüsü, Tovuz rayon Xatınlı kınd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Ağarzayev hərbçi olub.

Xatırladaq ki, səhər saatlarında qeydə alıanan yol-nəqliyyat hadisəsi zamanı "VAZ" markalı avtomobildə də bir nəfər dünyasını dəyişib, daha bir nəfər isə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->