Xəbər lenti

Ərdoğan: “Hazırda mən Rusiyaya Qərbdən az güvənmirəm”
Dünya 12:12 19.09.2023

Ərdoğan: “Hazırda mən Rusiyaya Qərbdən az güvənmirəm”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı münaqişənin "uzun müddət davam edəcəyi” fikrində olduğunu bildirib. Bununla belə, onun sözlərinə görə, Moskva bu münaqişəyə "həqiqətən də tezliklə son qoymaq mövqeyinə sadiqdir”.

Qaynarinfo xəbər verir ki, o, Rusiya ilə əməkdaşlıq etdiyini və ona Qərbdən az güvənmədiyini də bildirib

"Qərb nə qədər etibarlıdırsa, Rusiya da o qədər etibarlıdır. Son 50 ildə biz Avropa Birliyinin astanasında dayanmışıq və hazırda mən Rusiyaya Qərbdən az güvənmirəm”, – Ərdoğan sentyabrın 18-də PBS telekanalına müsahibəsində deyib.

Türkiyə lideri qeyd edib ki, ölkəsi və Aİ dövlətləri Rusiya ilə bağlı fərqli mövqedədirlər. Eyni zamanda Ərdoğan xatırladıb ki, Rusiya Türkiyənin ən yaxın qonşularından biridir. "Və bizim ortaq bir tariximiz var", - o deyib.

Bundan əvvəl Ərdoğanın Rusiyanı taxıl müqaviləsindən kənarlaşdırmaqdan imtina etdiyi bildirilirdi.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->