Xəbər lenti

Ermənistan Fransadan 36 ədəd “Caesar” aldı
Dünya 19:54 19.06.2024

Ermənistan Fransadan 36 ədəd “Caesar” aldı

Ermənistan Fransadan 36 ədəd "Caesar” özüyeriyən artilleriya qurğusu alıb.

"Unikal" xəbər verir ki, bu barədə "Le Figaro" jurnalisti Jan-Kristof Byuisson sosial şəbəkədə yazıb. 

O bildirib ki, bu silahlar 15 ay ərzində Ermənistana çatdırılacaq. 

Qeyd edək ki, İrəvanla Paris arasında "Caesar" silahlarının alınması ilə bağlı saziş imzalanması faktını Fransanın müdafiə naziri Sebastyan Lekorno açıqlamışdı.