Xəbər lenti

Estoniya polisi tələbələrə çağırış etdi: “Rusiyaya təhsil almağa getməyin”
Dünya 19:45 05.09.2023

Estoniya polisi tələbələrə çağırış etdi: “Rusiyaya təhsil almağa getməyin”

Estoniya Təhlükəsizlik Polisi (KAPO) təbliğat manipulyasiyasına məruz qalma riski səbəbindən tələbələri Rusiyaya təhsil almaq üçün getməməyə çağırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə KAPO-nun mətbuat xidmətindən Delfi-yə bildirilib.

"Estoniya dövləti terror ölkəsinə, eləcə də digər riskli ölkələrə səyahət etməyi və hətta orada təhsil almağı tövsiyə etmir", - qurumun mətbuat xidməti açıqlama verib.

Onlar izah ediblər ki, Kreml xaricdə yaşayan rusdilli gəncləri Rusiyaya təhsil almağa cəlb etməyə çalışır, onlar öz vətənlərində rus dünyası ideyasının gələcək daşıyıcıları və dirijorları hesab olunurlar.

KAPO həmçinin xatırladıb ki, Rusiya Ukraynaya qarşı müharibə şəraitində ikili Estoniya-Rusiya vətəndaşlığı olan şəxsləri Rusiya Federasiyasının vətəndaşları kimi qəbul edir, onlara səfərbərlik məsələləri də daxil olmaqla məhdud konsulluq yardımı göstərilir.

"Rusiyada təhsil alan xarici vətəndaşlar avtomatik olaraq Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının marağına səbəb olur. Əlavə problemlərin qarşısını almaq üçün sizə bu cür istənilən əlaqələr barədə dərhal Təhlükəsizlik Polisi Xidmətinə məlumat vermənizi tövsiyə edirik”, - Estoniya Təhlükəsizlik Polisi bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->