Xəbər lenti

Estoniyanın XİN başçısı: “Rusiya hücum edərsə, müharibə ərazisində davam edəcək”
Dünya 18:50 16.02.2026

Estoniyanın XİN başçısı: “Rusiya hücum edərsə, müharibə ərazisində davam edəcək”

Estoniyanın xarici işlər naziri Margus Tsahkna ölkəsinin Avropanın ən həssas dövlətlərindən biri olması ilə bağlı iddiaları təkzib edib.
 
Qaynarinfo xəbər verir ki, o, "Deutsche Welle"yə müsahibəsində bildirib ki, bu cür fikirlər "saxta xəbərdir”.

Nazir deyib ki, Estoniya müdafiə qabiliyyətini gücləndirir və NATO hazırda əvvəlkindən daha güclüdür. Onun sözlərinə görə, yeni müdafiə planları qəbul edilib və ölkə mümkün təhlükəyə hazırdır.

Tsahkna vurğulayıb ki, əgər Rusiya Estoniyaya hücum edərsə, ölkə müqavimət göstərəcək və müharibə Rusiya ərazisinə keçəcək.

O, həmçinin plan olmadan Kremlin rəhbəri Vladimir Putin ilə danışıqlara başlamağın səhv olacağını bildirib və bunun Ukraynanın mövqeyini zəiflədə biləcəyini qeyd edib.
 
Günay
--> -->