Xəbər lenti

Türkiyə və Azərbaycanın diplomatları Suriyada görüşdü
Siyasət 16:02 15.03.2026

Türkiyə və Azərbaycanın diplomatları Suriyada görüşdü

Türkiyənin Suriyadakı səfiri Nuh Yılmaz və Azərbaycanın Dəməşqdəki səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov arasında görüş keçirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat Türkiyənin Suriyadakı səfirliyinin "X"dəki hesabında yayılıb.

Qeyd edilib ki, görüş zamanı bölgədəki siyasi və hərbi proseslər müzakirə olunub.
--> -->